Pərtövi-hüsnün görüb xurşidi-tabandur derəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Pərtövi-hüsnün görüb xurşidi-tabandur derəm,Şiveyi-qəddin görüb sərvi-xuramandur derəm.
Həlqeyi-lə’li-ləbin içində incu dişlərün,Bir düzulmiş daneyi-mirvarid ğəltandur derəm.
Gülşəni-hüsnündə hər yan nərgisi-məstin görüb,Laləzar içrə yaturlar iki ceyrandur derəm.
Ləblərin dövrində kim sorsa xətin mahiyyətin,Səbzələr hər yanı bitmiş abi-heyvandur derəm.
Sən gedəndən bərlü halimdur ki, kafər görməsün,Xarlığ çəkməkdən isə ölmək asandur derəm.
Halətimdür külbeyi-əhzanda canan getgəliKim, onun yanında ölmək rahəti-candur derəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Həsrətindən Kişvəri, ey Misri-canim-Yusifi,Ağlamaqdan gözdən olmuş piri-Kən’andur derəm.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-pertovi-husnun-gorub-xursidi-tabandur-derem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Meh tək saraldı ğəmdən çöhreyi-zərdim mənim,Qalğalı səndin cüda mahi-cəhangərdim mənim.
Kami dil tərkin qılıb, nakamlıqdur istəgimKami dil tərkin qılıb, nakamlıqdur istəgim,Namu namusi qoyub, bədnamlıqdur istəgim.
Bu cəhanda bir güli-baği-cinandır sevdigimBu cəhanda bir güli-baği-cinandır sevdigim,Gül degil kim, bir nihali-ərğəvandır sevdigim.
Sürmə kuyində məni-avarəni, çox sevdügümSürmə kuyində məni-avarəni, çox sevdügüm,Ləbləründən çarə qıl, biçarəni, çox sevdügüm.
Başqa şairlərin şeirləri · Eşq
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
Qəzəl: Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməzTutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz,Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.