Payibəndəm bir gözi ceyranə, bilmən neyləyim,Düşmüşəm ahu təki yabanə, bilmən neyləyim.

Ol pərirüxsardən kim, canım arami dürür,Qalmışam ayru məni-divanə, bilmən neyləyim.

Bəs ki, nəm çəkdi gözümdən, qorxuram kim, başımaNagəhan yıxıla bu viranə, bilmən neyləyim.Gözlərimdən danə-danə əşki-xunin kim, düşər,Vəh ki, bər verməz mana bir danə, bilmən neyləyim.

Xəlq der kim, yenə aşiqdür qələndər Kişvəri,Gerçəgin derlər bu sözə, danə bilmən, neyləyim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri