Deməzəm kim, yardən könlümğə azar olmasun,Raziyəm azardən, azar-bizar olmasun.

Şeyx Sən’an tək nə din qaldı, nə imanım mənim,Heç müsəlman oğluna kafər qızı yar olmasun.

Eşqdən zünnar bağlar brəhmənlər cəm’idəMişkbu saçından özgə bizgə zünnar olmasun.

Bəxt əgər qılsa mədəd uyxumğa girsən bir gecə,İstərəm bəxtimni kim, ta həşr bidar olmasun.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gözümdən bimarəmü yerim pozuq mehrablər,Kişvəri, heç kim ğəribliq içrə bimar olmasun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq