Nədir eşqindən özgə canım ey dustOdur can ilə çün cananım,ey dust

Könül misrində Yusifdən əzizimSənin sevgin imiş sultanım,ey dust

Saçın küfrün görən iman üzündənBilir ol küfr ilə imanım,ey dust

Qiyamət vəchin imiş zahir olduGünəşdən aləmə bürhanım,ey dust

Bu gün yüzün görüb,danla deməzəmÇü danladır bu gün durağum,ey dust

Xəlayiq həşrin istər nəşr içindəQiyamətdən görəməz şanım,ey dust

Dəvasız dərdın içün Gülşəni derNədir can,vermədin dərmanım,ey dust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq