Gözüm ağlar cəmalın həsrətindən,Yanar bağrım visalın həsrətindən.

Dügünlər göydürüb kəsdim əliflər,Yüzündə xəttü xalın həsrətindən.

Məsihü Xızr iki avarədürlər,Ləbi-abi-zülalin həsrətindən.

Gülistanda quru qalmış sənubər,Sənün qəddi-nihalın həsrətindən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Keyik tək Kişvəri səhrayə düşdi,O şol çeşmi-ğəzalın həsrətindən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri