Kami dil tərkin qılıb, nakamlıqdur istəgim,Namu namusi qoyub, bədnamlıqdur istəgim.

Ruzigarım tirədür, gəl ey hidayət şəm’i kim,Sübh vəslin birlə dərü aşamlıqdur istəgim.

Nə mana sərvü gülü nə simü zər təskin verür,Sən kimi bir sərvi-siməndamlıqdur istəgim.

Ey hilal əbru səbah eyd gəldüm qapuna,Ləblərindən busəyi-bayramluqdur istəgim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri tək xanə-xanə gəzdügüm bayram günü,Bir ləbi püstə, gözi badamlıqdur istəgim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar