İki lövhə
Yolun alt tərəfi pambıq tarlası,Yolun üst tərəfi gömgöy zəmidir.Bu il qəribədir payız havası,Ağlayıb sevinən uşaq kimidir.
Muğana nur töküb qalxanda günəşKəpəzdə buludun bağrı sökülür.Hər şehli yarpaqda yanır bir atəş,Açılan qozalar elə bil gülür.
Yolun alt tərəfi al-əlvan olur –Bəzəyir tarlanı qızlar, gəlinlər.Önlüklər boşalır, xarallar dolur,Hünərə baş əyir gedib-gələnlər!
Çox çəkmir Murovda oynayan şimşək.Günəşə göstərir barmaq hədəsi.Ələ, üzə düşür damcılar tək-tək,Artır, böyüdükcə bulud kölgəsi.
Pambıq kollarını budayır yağış,Heç kəsən deyilmiş on gün, sən demə,Qalxır yol üstündə ot qarış-qarış,Buludun döşündən süd əmə-əmə.
Büzüşüb titrəyir yolun alt yanı,Qız-gəlinsiz qalıb təklikdən bezir.Zəmisə gizlədir quzu ceyranı,Alnına qızıldan təzə tel düzür.
Yolun üstü gömgöy, altı ağappaq.Arası çox olsa onca qarışdır.Payızın çəkdiyi lövhələrə bax,Birində bahardır, birində qışdır.
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-iki-lovhe
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bahar vaxtı yol başdadım Təbrizə,Günüm qaldı, ayım qaldı, il qaldı.
Bu yerlərBu məkanda müşk-ənbər buyu var,Qara gözlüm gəzən yerdir bu yerlər,
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəhaSünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,