“Təcili yardım” kimi
Şəhər tünlük, ləpələnir insan dənizi,Axşam-səhər işdən gəlir, işə gedirik.Görüşdürür tanışlarla küçələr bizi:Kimisinə ehtiramla təzim edirik:
Kimisini – o gülərüz köhnə qonşunuGörən təki... dayanırıq, qucaqlaşırıq.Cəmləşdirə bilmir adam bəzən huşunu,Tül bürünmüş xatirəyə dalıb çaşırıq.
Adlar itir zehinlərdə yol aza-aza,Sifətlərsə əzəlkitək doğma, mehriban.Təbəssümlə su çiləyir yaddaşımıza,Tanıyanda qızarırıq pərtlikdən yaman.
Bəzən yolda rast gəlirsən bir naxələfə,Bilmirsən ki, hansı səmtə üz çevirəsən?O uğursuz tanışlığa, o köhnə səhvəVida deyə biləsən kaş birdən-birə sən.
Yeriyirik, həvəsimiz axtarıb gəzirUşaqlığı, cavanlığı, dostu-həmdəmi.Nəyə isə, kimə isə könül müntəzir –Görüşlərdir baxışların şadlığı, qəmi.
Biri gəlir addımını tez ata-ata,Yerişində, baxışında, gözündə qayğı.Çətin gündə, dar məqamda yetişir dadaBir “təcili yardım” kimi xeyirxahlığı.
Onu görcək yaddan çıxır dərdim-məlalım,Onu görcək alovlanır inam məşəli.Elə bil ki, həddən aşır dövlətim-malımƏllərimdən yapışanda onun mərd əli.
Tanıyanlar yaxşı bilir o şəxs kimdi, kim:Xalqımızın ədib oğlu Əli müəllim!Ürəyimiz sakit olar, yolumuz hamarÇıxsa hər gün rastımıza belə adamlar.
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-tecili-yardim-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qan ağlar can quşu daim,Rəhmsiz səyyad əlindən.
Mürəbbə: Sənə ey pədərəm bu iki sözüSənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.
GedibdirGənə başıma qopdu qiyamət,Məgər bu gülşənin növbahari gedibdir.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd