Xeyirxahın intiqamı
Xeyirxahın intiqamı yamanmış –Əlinə “girəvə” düşəndə gördüm.İnsanı xəyala-fikrə salanmış,Dadıma yetdikcə çoxaldı dərdim...
Cavanlıq çağlarım gəldi yadıma,O zaman yatmazdım heç ipə-sapa.Nə qədər öcəşər adam adama?! –Haqq-nahaq kişini tutardım topa.
“Mən”li məclislərdən bəzən qaçardı,Salmışdım yazığı lap dilə-dişə.Hərə bir hədəfə atəş açardı,Mənsə mat-mat baxan o kirimişə.
Tənqidin hər sözü, cümləsi nizə,Süzərdi üstünə hey yağa-yağa.Susardı nahaq qan çıxsa da dizə,Necə qoşulaydı “uşaq-muşağa”!
Dilbilməz önündə abrını atıb,Necə danışaydı, necə dinəydi?Madam ki, nəcabət fövqünə çatıb,Dərənin dibinə necə enəydi?! –
Mənalı sükutu odlardı məni,Onu “fasıq” deyə qaralamışdım.Təhqir də edərdim izzət-nəfsini,Qəlbini yüz dəfə yaralamışdım.
Zaman ayırd etdi haqqı nahaqdan,Mənə başa saldı qəbahətimi.Zirvə mövqeyindən o nəcib insanUzatdı əlini mənə dost kimi!
Bəzən görüşməkçin gircək otağaDurub qucaqladı... sonra gəldi çay...Bəzən uşaq kimi düşdü qabağa,Kilidli qapılar açıldı tay-tay...
İndi vəzifənin ümdəsi onda –Dedi: “Nə sözün var, buyur sirdaşıq!”Müşkül düyünlərin düyməsi onda –Üzümə hər yanda yandı göy işıq.
Hər nə arzuladım, göstərişiləDərhal hazır oldu nağıldakıtək.“Bəlkə töhmətləyir məni o, belə...”Düşündüm, daşındım fikrə gedərək.
Bəlkə hörmət deyil, məzəmmət edir –Sərinlənən odur, odlanan mənəm,Bəlkə belə deyil, bəlkə belədir –Şübhə ocağında o yanan mənəm.
Xeyirxahın intiqamı yamanmış –Əlinə “girəvə” düşəndə gördüm.İnsanı xəyala-fikrə salanmış,Yaxşılıq gördükcə çoxaldı dərdim...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-xeyirxahin-intiqami
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Mahnı. Musiqisi Hacıbaba Hüseynovundur)*Könlüm düşdü diyar-diyar
Qonşu olmaq istəmirəm(Mahnı. Musiqisi Telman Hacıyevindir)*Axşam... tarla yolu... bir qız, bir oğlan;
Cavabından qorxuramSəhər-axşam biz işə,Evə qoşa gedirik.
Niyə belə şirinsən?(Zarafatyana)*Mən sevmərəm quraqlığı heç zaman,
Başqa şairlərin şeirləri
Ey ağalar necə olurHalı yardan ayrılanın
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Bu göylər şahının lütfü mənə sayə salıb hər anO itmiş könlümə indi dübarə olmuşam sultan.