(Mahnı. Musiqisi Hacıbaba Hüseynovundur)

Könlüm düşdü diyar-diyarBir kəkliyin sorağına,Ha yalvardım, o qonmadıMəhəbbətin budağına.

Meyl etmədim bir gözələ,Sədaqətim düşdü dilə,Mən and içdim ildən-iləİlk eşqimin növrağına.

Bir gün yenə onu gördüm,Dilə gəldi həmin dərdim.Bir dəstə gül-çiçək verdim,O, almadı qucağına.

Əllərimdə gülüm soldu,Riqqətimdən gözüm doldu.Sinəm başı hədəf olduO dilbərin bu dağına.

Sanma könül sınasıdır,Kərəm olub yanasıdır.O, körpəmin anasıdır,Vurulmuşam bu çağına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri