(Mahnı. Musiqisi Zöhrab Abdullayevindir)

Sahil sakit... çəkilibdir ayaqlar,Coşan dalğa qayaları qucaqlar.Deyəndə ki, gəl qayıqla üzək, yar,Çatıb qara qaşlarını nədən sən:– Olmaz, olmaz! – deyirsən.

Ay ucalır... gecə olur tən yarı,Əynin nazik, əsir dəniz rüzgarı,Üşüyürsən, bir yaxına gəl barı,Qəzəbdənmi alovdan don geyirsən:– Olmaz, olmaz! – deyirsən.

Sübh şəfəqə boyayanda aləmi,Töküləndə çiçəklərin şəbnəmi,Deyəndə ki, çatdı ayrılıq dəmi,Buraxmayıb əllərimi nədən sən:– Olmaz, olmaz! – deyirsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar