Qarışıq düşməsin
Üz tutdun qürbətə, kövrəltdin məni,Gözümdən su səpdim arxanca, oğlum.Sonsuz asimana uçurdum səni –Bağlandı hər yandan elə bil yolum.
Təlaşla, həsrətlə baxdım dalıncaUcalıb kiçilən “İL-18”in.Bulud tayasına od saça-saçaSilindi... göründü... silindi izin,
Sən söndün – alışdım, sən yandın – söndüm.Tutuldu könlümün abu-havası,Dəvəsi qeyb olan ərəbə döndümSəni gizlədəndə cənub səması.
Ümidim dumanlı göylərdə qaldı,Fikrimi buludlar dövrəyə aldı.
Dünən yumurtadan çıxmadın məgər,Nə tez pöhrələndi qolun-qanadın.Tərcümeyi-halın yazılsa əgərDördcə misralıqdır bütün həyatın:
“Çəlimsiz bir çağa. Ağlağan uşaq.Əlaçı məktəbli. Adi tələbə.Bu gün işə getdi vətəndən uzaqNağıllar yurduna – Şama, Hələbə”.
Xasiyyətnamən də mürəkkəb deyil,Yazım aləm bilsin, sən özün də bil:
Yamanca tərs idin körpə çağında,Yenə də qalırsan cığallığında.
İfrat təmizliyə aludə idin –Bir saat çəkərdi əl-üz yumağın.Qapı-pəncərəni bağlardıq çətin,İstisi sıfırdı qışda otağın.
Vaxt olur zay çıxır dost-aşina da...Bəlalar çəksə də yolunda başınAtana, anana, qardaşına daİdmini verməzdin heç bir yoldaşın.
Qürbətdəsən, oğul, nə deyim sənə,Deyimmi əzəlki adəti unut.İndi o ədalar xoş gəlir mənə –Paklığı, dostluğu, əzmi əziz tut!
Düşmənə cığal ol,Sirdaşa məhrəm,İşində halal ol,Sözündə möhkəm.
Daha bir ailənin ilki deyilsən,Ulu bir torpağın oğlu olmusan.Şahdağı nə deyər sənə, əyilsən,Düşün Nəsimini! Yaşa dolmusan.
Usdubca bükülüb bağlanıb dünənQayğısız gəncliyin dəftər-kitabı.Sabah sorğulara tutanda vətənNəcib əməllərin versin cavabı!
Ürəyintək görün,Arzuntək yaşa.Şəfəqlərə bürün,Başla uçuşa.
Ömrü ucalıqda, zirvədə sına,Götür sürətini “İL-18”in.Qiymət qoy, fikir ver addımlarına,Qarışıq düşməsin yollarda izin...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-qarisiq-dusmesin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dedi: “Gəlləm, gözlə məni”,Gələydi kaş, gələydi kaş.
“Olmaz, olmaz!” deyirsən(Mahnı. Musiqisi Zöhrab Abdullayevindir)*Sahil sakit... çəkilibdir ayaqlar,
Eşqimin növrağı(Mahnı. Musiqisi Hacıbaba Hüseynovundur)*Könlüm düşdü diyar-diyar
Qonşu olmaq istəmirəm(Mahnı. Musiqisi Telman Hacıyevindir)*Axşam... tarla yolu... bir qız, bir oğlan;
Başqa şairlərin şeirləri
Nədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməz,Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Müşfiqin məzarıİndi suyun altında,Torpağın qucağında