Dedi: “Gəlləm, gözlə məni”,Gələydi kaş, gələydi kaş.Aradakı gözləməniSiləydi kaş, siləydi kaş.

Onsuz ürək olmur aram,Onsuz havam-suyum haram.Onsuz necə darıxıramBiləydi kaş, biləydi kaş.

Gözləməkdən gəldim cana,Alovlana-alovlanaMətləbimi decək onaGüləydi kaş, güləydi kaş.

Günah, nöqsan sevəndəmi?Çəkilməzdir sevda qəmi.Rədd cavabı alan kimiÖləydim kaş, öləydim kaş...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri