Yaxşı adam
Darıxırdım, yol yoldaşımKöməyimə çatdı mənim.Dərin ağlı, kəmaliyləÜrəyimə yatdı mənim.
Onun duzlu söz-söhbətiKörpü saldı uzun yola.Öz-özümə dedim ki, kaş,Beləcə beş dostun ola.
Nur vermişdi baxışınaYurdumuzun od-ocağı.Ağır eldən götürmüşdüMərifəti, qanacağı:
Qara çörək şəkər dadarOnun ilə yesən yavan.Ayrılanda tərs kimi bizVermədik də barı ünvan.
İndi onsuz darıxıram,Həsrət sıxır ürəyimi.Könlüm onu arzulayırƏlli ilin dostu kimi.
Şəhər böyük, insanlar çox,Hara atdı onu külək?Küçələri dolaşıramƏzizini itirəntək.
Axtarıram, ələk-vələkEləyirəm izdihamı –Elə bil ki, tək mən deyil,Gəzir onu, gəzir hamı...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-yaxsi-adam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
MənəmZodlu Abdulla:**Arif məclisində, qanan yanında,