Ləpədöyən yerdə yatıb qara qaya,Sinəsini zərif-zərif çiçək bəzər.Köklərini qarmaq-qarmaq yaya-yayaSort üzünü yumşaq-yumşaq otlar əzər.

Yosundurmu, mamırdırmı bu kök atan,Daş üstündə yurd salıbdır nə mərdanə!Kölgəsində neçə-neçə sürü yatanPalıddan da güclü gəldi bu ot mənə.Bir qələm də hələ məndən çox-çox qabaqVəsf eləyib bu yaşamaq həvəsini.Eşitmişəm bundan sonra tez-tez ancaqLovğalanan zərif otun cod səsini:

– Təbiətin hər cövrünə dözə-dözəYaşamağı məndən artıq sevən hanı?!Qayaları, qumluqları gəzə-gəzəÖz nəslimlə tutmalıyam mən cahanı.

Dedim:– Dayan.Ey qəhrəman,

Var tərifə, alqışlara ləyaqətin,Doğrudan da, heç dözülməz, ağır, çətinBir məkanda baş saxlayıb ömr edirsən,İnadına, dözümünə əhsən, əhsən!

Lakin insan qarşısında “mənəm” demə,Qürrələnib öyünməyin çox nahaqdır –Daş üstündə yaşasan da, zənn eləməMənim yerim səninkindən yumşaqdır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri