Açılhaaçılda tumurcuq arzu,Yetirhayetirdə zəmilər ruzi,Otdan bəsdi deyin doymamış quzuÇiçək üstə yağan qarı neynirik?

Səmalar təşnəsi qanad var – uçmaz,Çevik ayaqlar var – tərpənməz, qaçmaz.Qapı var, ürək var bir kimsə açmaz,Soyuqqanlı dostu-yarı neynirik?

Gəzdi küçələrdə pələng noxtalıFəndgirlik çoxalıb hiylə artalı,Heysiz görən zaman qoca qartalıÜstünə şığıyan sarı neynirik?

Rəis var, müdir var şahdılar – tacsız,Bir gün ötüşməzlər nəşəsiz, bacsız,Oğlan var birçəkli, qız da var saçsız,Deyirlər: “isməti-arı neynirik?”

Bəzən “qalxmağa” da yox özgə çara –Yerlin yedəkləyib gərək apara...Lənət xanlıqlardan qalan azara –Sağalmaz bu dərdi-çoru neynirik?

Əşya hərisləri şərəfi atıb,Bufetçi tünd çayı konyaka qatıb,Şəkəri bal deyə əridib satıb,De belə bazarı, barı neynirik?

Məxfi milyonçu var hər işi sehir:“Qoysalar təyyarə alaram...” – deyir.Alimə, şairə rişxənd eləyir –Qızıldan püflənmiş şarı neynirik?

Elin sərvətini ha gözlə, qoru,Artır göbələktək mövqeli oğru.İşləyib ac qalsa bir nəfər doğru –Dünyanı dolduran varı neynirik?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri