– Hansı dərdin dərmanıdır,Sabir həkim, İstisu?– Min bir dərdin...Lakin hələ bilinməyir çoxusu.

– Misal üçün, sarılığaVarmı xeyri-zərəri?– Təmizləyir öd yolunu,Alır qandan zəhəri.

– Yelə necə?! AğrısınaMöhlət verərmi bir dəm?– Burda qoltuq ağacınıQolazlayan görmüşəm.

Qaynaqlar var isti-soyuqBax, bu dərə yuxarı –Həkimsiz də yox eləyirHər dərdi, hər azarı:Baş ağrısı, diş ağrısı,Göz ağrısı olanlarBu suların ətrafındaDəyə qurar qış-bahar.

Göy qayadan pıqqıldayanParıltıya yaxşı bax,Bir gözəllik çeşməsidirQız-gəlinli o bulaq.

Qıza dönmüş qarı ondanÜz-gözünə su çilər,Çox çəkməz ki, qapısındanQovsan getməz elçilər.

– Sabir həkim, yəni beləSehrlidir İstisu?!– Bəli, mənim etiqadımBu qədərdir, doğrusu.

Bir ədib də heyran olubGəzib görcək buranı,Sağ olsun ki, ad qoyubdur:“Azərbaycan loğmanı”.

– Belə çıxır qüsursuzdur,Nöqsansızdır bu gözəl.– Xeyir! Onun eybindən dəDemək olar müfəssəl.

Hər gözəlin bir eybi var,Bu loğmanın – ikisi:Birincisi – az tapılır –Yoxdu səxavət hissi.

İkincisi – xasiyyəti...Fikirdəki naqisliyi,Duya bilmir İstisu,Ürəkdəki xəbisliyiYuya bilmir İstisu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri