Deyilmi?
De, necə şad olum bu aləmdə mən,Dünya fani, insan mehman deyilmi?On səkkiz min böyük sirli dəryalar,Başdan-başa dolu, al qan deyilmi?
Tarihin cəryanı, bizə yan verir,Zalıma, cəllada qüvvət, qan verir,Fağır-füqəralar vaxtsız can verir,Zamana, yoxsula düşman deyilmi?
Zalımı şah edir bimürvət fələk,Zülmünü görəndə, deyir mübarək,Qoymayır aləmdə, biz də gün görək,İnsana zülm edən insan deyilmi?
Valeh necə dözsün belə möhnətə,Təriq əhli düçar olub möhnətə,Necə piranələr gəlib mihnətə,Qamçı altda cismi üryan deyilmi?
Kitabxana.az · https://kitabxana.az/works/asiq-valeh-deyilmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Varlıya dost olub,kasıba gülmə,Çox da havalanıb,coşma dünyada.
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Şərbəti-lə’lin ki, derlər çeşmeyi-heyvan onaŞərbəti-lə’lin ki, derlər çeşmeyi-heyvan ona,Ol verir can dəmbədəm üşşaqəvü mən can ona.