Coşğun eşqim, gəl mənimlə həmdəm ol,Qeydə qalaq, bir sirdaşım dardadır.Qəvvaslıq et, sirri-xilqət bəhrinə,Candan əziz bir yoldaşım dardadır.

Aşıq Mahmud bir ustaddı dağ kimi,Aşıq Soltan bir meyvəli bağ kimi,Aşıq Əhməd bil saralıb yağ kimi,Yol gözləyir, bir qardaşım dardadır.

Aşıq Valeh sənətində yanılmaz,Zər olmasa, zərgər adı anılmaz,Odda qızarmasa, polad yonulmaz,Can ayrılıb candan, başım dardadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Aşıq Valehin Abdulla Canızadəyə ikinci şeiri

Aşıq Valehin Abdulla Canızadəyə İkinci şeiriGəldi mehman ki, sən ey hacı Zəvvar Hüseyn,

1 dəq
Aşıq Valehin cavabı

Ey bic, sənin Canidən özgə pədərin var,Ondan sədəf sinədə, muncan gövhərin var.

1 dəq
Aşıq Valehin Şahsevən səfəri

Aşıq Valehin şagirdləri Calal və Əhməd sənət səfərinə çıxaraq gedib Araz yaxasında, Şahsevən kəndində bir toy məclisinə çıxır. Zəmanəsinin ən hörmətli adamlarından biri olan Hacı Mürsəlin oğlunun toyu olduğuna görə toyun aşıqları Ərdəbilli aşıq Mahmud və Aşıq Soltan olur. Aşıq Mahmud Valehin şagirdlərini əli sazlı görəndə kinayə ilə gülür və deyir. A bala! Aşıq Mahmud adı gələndə məşhur ustadlar sazlarını gizlədirlər. Siz də saz götürüb Mahmudun üstə gəlmisiniz? Calal deyir:– Usta bizi çox aciz bilmə. Biz də kamil ustada qulluq etmişik.

8 dəq
Aşıq Valehin Kərbəla səfəri

Aşıq Valehin yaradıcılığı Qarabağ xanı İbrahimxəlil xanın dövründə olub. Bəzi mənbələrdən məlum olur ki, Molla Pənah Vaqif ilə şəxsi dostluğu olub. O vaxt Abdal –Gülablının tabeliyi Heydər bəy öləndən sonra oğlu İsgəndər bəydə olub. Həmin vaxt Gülablının din xadimləri Molla Kərim və Molla Nuru adamları İsgəndər bəyin itaətinə çağırardılar.Bir gün töycü (vergi) üstündə İsgəndər bəy kənd adamlarına divan tutur. Evlərini qarət eyləyir. Bu vaxt kənd adamları aşıq Valehdən kömək istəyirlər. Aşıq Valeh aşağıdakı şeir – məktubu yazır və xalası oğlu Qənbərdən Molla Pənaha göndərir.

15 dəq

Başqa şairlərin şeirləri