Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,Dilbər gələr deyib yol gözləməkdən,Qal indi səksənə-səksənə könül

Nə gündür ki məni dərdə salmazsan,Havadan enirsən belə qalmazsan,Nəsihət eşidib öküd almazsan,Yaxşı sözə boyun əksənə könül

Hansı dəmdir eşq atını çapmazsan,Sınıq sarıyıban yıxıq yapmazsan,Sən ha görmincə qərar tapmazsan,Varıb dost kuyinə dəksənə könül

Dəstə-dəstə gülü bitmiş bağının,Dəstində qədəhi dolu saqinin,Çünki sənə rəhmi gəlməz yağının,Sən də əlin ondan çəksənə könül

Məmi dost kuyində uymaz hoy-haya,Əzəldən məhrəmdir Adəm Həvvaya,Ki əsrük quş kimi qalxar havaya,Gah olur xak ilə yeksənə könül

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri