Mollalar
Sizi sahib kim edibdir,Söylən, cahana mollalar?Özünüzdən şübhələnib,Düşmən gümana, mollalar.Sizi bu damaqda qoymazBilin, zamana, mollalar.Xeyir işi şərə çəkib,Yozman ziyana, mollalar,Cəhənnəm ki haram deyil,Eşqə uyana, mollalar.
Günah, savab nə olduğun,Artıq biz də anlayırıq.Nə bircə qəlbə dəyirik,Nə kimsəni danlayırıq.Nə beçətək qaqqıldarıq,Nə xoruztək banlayırıq,Nə varlıya baş əyirik,Nə kimsəni yanlıyırıq.İnsaf edin, əl atmayın,Dinə, qur`ana, mollalar.
Kərbəlayı olmaq üçün,Necə düşmən çıxım saza?Sevdalı şeyda bülbüləm,Könül müştaq olub yaza.Ehtiyacım yoxdur mənim,Nə oruca, nə namaza,İki mələk müqərrərdi,Hər əməli görə, yaza,Kənd içində sərsəm edib,Olan divana, mollalar.
Neçə hacı, kərbəlayı,Saqqalına həna qoyur.Girvənkədə bir çətvəri,Oğurlayır, yana qoyur,Bir yetimdən mal alanda,İnək adın dana qoyur,Yalan satır müştəriyə,Kürək adın şana qoyur,Qəpik üçün and içərlər,Ayə qurana mollalar.
Aşıq Valeh bu sənətlə,Məşhur olub ucalıbdı.Hər ümmana qəvvas olub,Təbiətdən tac alıbdı.Neçə deyiş meydanında,Ustadlardan bac alıbdı.Könül eşqə gəl-gəl deyir.Deməyin ki, qocalıbdı.Bir də mənə, kafər demə,Gəlin imana, mollalar.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-valeh-mollalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gecə sakit, çay axır,Lal sularda ay axır.
ŞairYürüdüyün yollar ülgü yoludur,Tannsal əslinlə könlün doludur.
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,