Sambur
Əsriyib-əsriyib, kükrəyib axan,Ağzı ağ köpüklü divanə Sambur!Atanın-ananın bircə oğluyam,Qıymagilən sən bu mehmana, Sambur!
Qanlı-qanlı qayalardan çıxırsan,Şaqqıldayıb dərələrdən axırsan,Yerdən tərpənəndə evlər yıxırsan,Baxmazsan heç yaxşı-yamana, Sambur!
Valeh deyir: - bulaqlardan gözün var,Güclüsən sən, qüvvətli də sözün var.Nə çox şaqqaların, nə çox izin var.Neçəsin vermisən ziyana, Sambur!
Kitabxana.az · https://kitabxana.az/works/asiq-valeh-sambur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Türkiyə Soltanlığında Feyruz adlı məşhur, ustad bir saz aşığı olur. Bir gün soltanın qonaqlıq məclisində Feyruzun çalıb-çağırması çox xoşa gəlir. Soltan deyir:– Aşıq Feyruz bugünkü məharətinə görə sənə nə versəm məndən razı qalarsan. Feyruz fürsəti fota verməyərək deyir: – Soltan sağ olsun 70 kəndin ağalığını mənə versən, ömür boyu sənə qul olaram. Bu ağır şərtdən yaxa qurtarmaq üçün Soltan deyir: – Aşıq Feyruz əlinə sənəd verəcəyəm, burdan keç Azərbaycana. Azərbaycanın hər mahalında meydan açıb, qalib gəlib, bağladığın ustadların sazlarını mahal ağasının sənədi ilə mənə təqdim etsən, sənə 70 kəndin ağalığını verərəm. Bu məqsəd ilə aşıq Feyruz Azərbaycanın bir neçə mahalında üstünlük əldə edəndən sonra Şuşa qalasına gəlir. Xanlıqdan əhvalatı aşıq Valehə çatdırırlar. O vaxt aşıq Valehin 80-dən yuxarı yaşı olur. Zərnigar və nəvələri Valehin bu meydana getməsinə razı olmurlar ki, qocalmısan indiyənə qədər qazandığın adını batıra bilərsən. Valeh deyir:
Aşıq Valehlə Məsum Əfəndinin deyişməsiMəsum ƏfəndiKəndinə laf edib, şairəm deyən,
Aşıq Valehlə Zərnigarın deyişməsiBirinci deyişmə**Aşıq Valeh
Valehlə Zərniyarın deyişməsiZərniyar:**O necə şəhərdir, on iki bazar,
Başqa şairlərin şeirləri
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,