Olsun
Telli sazım, səni məndən eyləyən,Ömür boyu bu aləmdə xar olsun.Gəlməsin baharı, açmasın gülü,Fəryad etsin, qəlbi ahü-zar olsun.
Kimsəsi olmasın qəlbin dindirə,Yeddi yerdən başı keçsin kəndirə,İstəkli balası düşsün təndirə,Könül mülkü boran olsun, qar olsun.
Yüz il xəstə yatsın, cismi ölməsin,Ürəyi şad olub, üzü gülməsin,Həkimlər, loğmanlar dərdin bilməsin,Gözləri kor, qulaqları kar olsun.
Aşıq Valeh nə bəlaya tuş oldu,Bahar fəsli çovğun, boran, qış oldu,Sərsəm etdi səri, çaşqın huş oldu,Namərdə nifrəti eldə car olsun.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-valeh-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Eşqindən güc alıb bu ilhamım da,Duyğular qəlbimdə sellərə dönür!
Yadındamıdır?Ey hüsni-mücəssəm mələkim, nazlı nigarım,Ey idulim, ey idyalım, ey sevgili yarım,
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!