Ey hüsni-mücəssəm mələkim, nazlı nigarım,Ey idulim, ey idyalım, ey sevgili yarım,Yadındamıdır mazi – o keçmiş gözəl əyyam?Yaz fəsli, gözəl bir gecə, nurani bir axşam?Ay bədr idi, on dörd gecəlik saf səmadə.Afaqə fərəhbəxş idi əşraqü ziyadə.Bir parça bulut hərdən edib gərdişi-şirin,Ağuşə çəkirdi qəmərin qürsi-münirin.Bir ləhzə ayın dövrü yarımzülmət olardı,Sonra çəkilirdi bulut, ay bir də çıxardı.Naz ilə baxardı gülərək ruyi-zəminə,Bənzərdi həyadən yaşınan tazə gəlinə.Yadındamıdır ol gecə? Həmsağərü həmduşOl mənzərəyə qarşı çəmən üstə həmağuş,Yalnız ikimiz yan-yana əyləşmiş idik şad,Bir cənnəti-əladə qəmü qüssədən azad.Çatmışdı budaq baş-başa sərvü gülü şümşad,Bir çətri-təbii yədi-qüdrət edib icad.Ay nuru yaşıl yarpaq arasında firuzan,San təbiyə olmuşdu zümürrüdlə brilyan.Canpərvər idi çeşmeyi-safın cərəyanı,Zövqavər idi səfheyi-ayın ləməanı.Seyr eylər idik ol fərəhfza çəmən üstə.Ahəstə oxurduq dəxi rindanə şikəstə.Hərçənd ki, yox indi ümidim o vüsalə,Neylim, gəlirəm naləyə düşdükcə xəyalə.Əksi-rüxun olmuş dili-qəmididə də mənquş,Haşa, olasan dövri-zaman ilə fəramüş?!Getdinsə də, getməz ürəyimdən qəmi-eşqin,Məncə iki dünyayə dəyər aləmi-eşqin.Yoxdur həvəsim sərvü gülü laləyə sənsiz,Bülbül kimi daim gəlirəm naləyə sənsiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq