Yarım çıxıb yaylaqlara,Qaldım, yalvara-yalvara.Bərə qurdum oylaqlara,Durdum, yalvara-yalvara.

Qurban dedim yar adına,Səs vermədi fəryadıma,Şahi-mərdan yet dadıma,Öldüm yalvara-yalvara.

Qamət çəkib naz eylədi,Bir dərdimi yüz eylədi,Bağrım başın köz eylədi,Yandım, yalvara-yalvara.

Gülərüzlü, boyu bəstə,Dağ çəkibdi sinəm üstə.Ağ Aşığı etdi xəstə,Qaldım yalvara-yalvara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq