Eşqindən güc alıb bu ilhamım da,Duyğular qəlbimdə sellərə dönür!Ellərin verdiyi arzu-kamım daYenidən baş alıb ellərə dönür!

Nə böyük bir qüdrət varmış sənətdə,Ömürlük bağlıdır söz də, söhbət də;Çəkilən əzab da, iş də, zəhmət dəÇiçəklərə dönür,güllərə dönür

Fikirlər içində fikrim var deyə,Tuturam torpaqdan, qalxıram göyə!Xəyalım uçduqca hey gələcəyə,Gah da ötüb keçən illərə dönür!-Batum, 1916, 11 oktyabr*

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar