İngilis
Damağında Çanaqqala ağısı,Sənm isən türk ellərinin yağısı?İslam dünyasının ölüm çalğısı,Ölüm ninnisiylə yaxan ingilis!
Sarıb Hindistanın cansız qolunu,Gəldin bağlamaya “Turan” yolunu.Aldadıb hər yerdə Tanrı qulunu,İnsanları ucuz satan ingilis.
Bax, yenə qarşında köksümü açdım,Bakı dağlarına al bayraq sancdım.Sən meydan oxudun, gəldim, ulaşdım,Mərd deyil meydandan qaçan ingilis!
Sən bağla hər yolu, süngüm tez açar,Üç ayda gələnlər, üç gündə qaçar.Zənn etmə, qurşunum havaya uçar,Türkdür, bu qurşunu atan, ingilis!
O xain gözünü dikdiyin ellər,Bənim nişanlımdır, türkülər söylər...Göz dikmə təxtimə, bax, əlim titrər,Düşəcək təxtinə talan, ingilis!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-ingilis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Qeyrət edib çalışdın, düşdün qabağa, millət!İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Ona inanQurtuluş Kamala inanla olur,Hökumət seçilmiş bakanla olur,
VətənNeçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.