Neçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?Xəsü xaşak basib gülşəni, güllər saralıb,Niyə bu halə qalıb bəs bu gülüstani-vətən?Nə yatıbsan, ayıl, ey milləti-biçarə, ayıl!Satır axır vətəni düşmənə əyani-vətən.Dərü divanm qan eyləyib əlvan, ey dad!Nə qəməngizdi, ya rəb, bu şəbustani-vətən!Balişi-tazə qoyub başını naz eyləmə, dur,Sürünü qurd dağıdar yuxlasa çobani-vətən!Əcnəbi mülkü dolub bisərü pa millətlə,Niyə, ya rəb, bele xar oldu əzizani-vətən?Düşmən elm ilə bizi eylədi həmmal özünə,Kim zəlil etdi bizi? - Cəhl! A müsəlmani-vətən!Vətəniz cismidi, siz də vətənə can kimisiz,Razı olmun qala cansız vətən, ey cani-vətən!Verəlim əl-ələ, təhsilü kəmal eyləyəlim,Xabi-qəfletdən ayılsın gərək əxvani-vətən!Olmayıb şad, üzü bir gülməyib əfsus, əfsus!O zamandan ki, olub Möcüzə İran vətən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar