Nə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.Fəraq dərdinə bir çarə eyləyin, yaran,Mahaldır gecə-gündüz bu hal ilən yaşamaq.Ümid-vəsl ilə xoş saxla xatirin, aşiq,Fəraqə çarə edəmməz məlal ilən yaşamaq.Fəqih mədrəsə hərgiz yeməzdi mali-həram,Əgər müyəssər olaydı həlal ilən yaşamaq.Bahari-ömrü keçibdir bizim Tükəzbanın,Düşüb xəyalimə bir növ-nahal ilən yaşamaq.Əsiri-şəhvət olub, əqlin eyləmə zail,Sənə yaraşmaz, əmucan, maral ilən yaşamaq!Cavan üçündü dəfü nayü məclisi-işrət,Qocayə eybdi zurna-qaval ilən yaşamaq.Cəlali-səltənət aldatmasın səni, ey qız,Ölüm kimi acıdır ağsaqal ilən yaşamaq.Dedim: Otur dizim üstə, əya, nigari-cavanKi, xoşdu Möcüzi-şirinməqal ilən yaşamaq.Dedi: Çəkil o yanə, sürtmə saqqalın üzümə,Mənim işim deyi cəngü cidal ilən yaşamaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran