Yoxdu bir şəxs mənim tək meyə müştaq olsun.Saqiya, ver, iki dünyadə üzün ağ olsun!Verməsən millətə mey, mail olar tiryakə,Ver, əgər istəmisən xəlq qurumsaq olsun!Meyi mən şirəkeşə etdim həlal, ey saqi,Demə axunda, ver içsin, bədəni çağ olsun!Mey bədəxlaq edər insani-deyərlər, insanOlmasın tənbəlü biar, bədəxlaq olsun!Qəhvədə şirə çəkər şirəkeşi zəncirə,Qoy o da kuçədə çəksin, qəmə dustaq olsun!Bəs deyilmi bu qədər, tabekey iranlıların,Əşki-xunin ilə kirpikləri islaq olsun?Saqiya, Möcüzi-müştaqə o meydən ver ki,Abi-Kövsər kimi xoştəm və bərraq olsun!Qıldan incə olu-vaiz buyurur Puli-Sirat,Şiəyi-bədəməlin vasiri xəllaq olsun!Bir caket al mənə, sat bu ərəbi paltarı,Gərək orda kişi qırğı kimi qıvraq olsun.Şirəkeşlik bizi qoymur çalışaq, ey naci,İzn ver millətə abuneyi-konyak olsun!Baba dərvişə dedim: Tut əlüvə bir pişə,Təbəri atdı həvayə, dedi: Bu sağ olsun!Aldı əmniyyə əlindən təbəri, kəşkuli,Ağzının dadı gərək misli-sarımsaq olsun.Bar-ilahi, sən özün eylə kömək dərvişə,Baba dərviş necə bu qış günü sallaq olsun?Bu necə əsridi, ya rəb ki, deyirlər xəlqinKəlləsində nə dürüyə, nə də papaq olsun?!Rəhm yox zərrəcə qəlbində o Sadıq xanın,Görüm allah, əli şil, qıçları çolaq olsun!Düryəmi eylədi parə, başaçıq getdim evə,Baxdı arvad dedi: Vah-vah! Həzər, irağ olsun!Dedim: Ey həmdəmi-can, qorxuram axir deyələr:Nə qərə çadirə, nə qırmızı başmaq olsun!Qoyacaq başinə sərpuşi-cədidi hökmən,İstər ol sahibi-baş həzrəti Əshaq olsun!Girəm hökm eylədi dövlət, fəqət, ey laməzhəb,Necə əmniyyə axundun üzünə ağ olsun?Dedim: Ey qönçədəhan, qorxma, yıxılmaz dünya,Qoy o da bir neçə gün xanədə dustaq olsun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana