Xoşa səadətinə on ki, əhli cənnətdir,Ki, yəni sahibi cahü-cəlalü dövlətdir.Kərə ucuzdu və sədri və ləhmi-buzqalə,Bu il çilov yeməyən xeyli bimürüvvətdir.Kabab edərdi əti xalq, yüz min il əvvəl,Soxurlar indi ki, kövduşə, məhz bidətdir.Əgər qənaət edə yoxsul, haqqı var, ammaQənaət eyləməyi varlının qəbahətidir.Cəmali-balə nəzər etmə, yum gözün, müflüs,Bu eşqbazlığıvun çün sonu nədamətdir.Lətifdir bədəni, həm gözəldi ruxsarı,Əsəl cahanda, ilahi, nə yaxşı nemətdir!Soyuqdan az qalır ölsün fəqir həmsayən,Düçari-fəqri-zərurət əsiri-külfətdir.Cəhalət ilə gedirsən Əli ziyarətinə,Vəli, Əliyyü-Vəli düşməni-cəhalətdirŞəbüstər əhli nə bədbəxtdir, xudavənda,Baxırsan hər yana, başı ləçəkli övrətdir.Diyari-qürbəti icad edənlərə lənət!On evdə bir kişi yox-bu neçə vilayətdir?Vətən cavanları qürbətdə ixtiyar oldu,Bu hali-zərə səbəb, Möcüza, şəriətdir.Bu hali-zarə əlac eyləyə bilər varlı,Vəli çi sud ki, bunlar da bikifayətdir.Ayıqlıq eylədi bazar Möcüzü, saqi!Piyalə ver mənə, xovf etmə, xanə xəlvətdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq