Dəyən bülbül pərinə daima gülzarsız qalsın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Hər əl əl ki urar şanə o geysuyi-pərişanə,Mənim aşüftə könlüm tək, xudaya, yarsız qalsın.
Məni lal eyləyən bülbül kimi bir böylə mövsümdə,Suali-həqq olanda, ey xuda, göftarsız qalsın.
O səf-səf çəkilən zülfün şikəncin sındıran şanə,Dağılsın səfləri, Allah, görüm sərdarsız qalsın.
Məqtə — şairin təxəllüsü olan son beyt. O çin-çin zülfi-pürçinin xəraci Çinü MaçinəVerə gər Fazili-Şeyda, görüm, zünnarsız qalsın.
Kitabxana.az · https://kitabxana.az/works/fazil-xan-seyda-deyen-bulbul-perine-daima-gulzarsiz-qalsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Can içində dərdi-eşqin olalı, cana, müqimCan içində dərdi-eşqin olalı, cana, müqim,Gözlərindən sayru könlüm oldu sağü müstəqim.
بود به حفظ خدا دل قوی ضعیفان راکه سهم شیر نگهبان بود نیستان را