Bir gün bir şəcər gördüm,Gülünün yarpağı üç.Bu günbəzdən baş veribO günbəzin tağı üç.Əyləşmişdim qırxlarınanO məclisdə var idim.Orada bir badə içdimQədəh verən sağı üç.

O sağəri belə gördüm,Beş yerdən qaynağı var.Doqquz yerdən mey veribdi,On yeddi budağı var.Otuz dördü bar gətiribYüz on dörd yarpağı var.O yarpağın arasındaDolanan növrağı üç.

On iki tam ustad gördüm,Bir zindana baş vurar.Qırx səkkiz şagirdi var,Bir divana baş vurar.O buxcadan kaman götürdü,Aşıq Hüseyni ağı üç.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana