Sorğu
Qarşımda sənmisən,xəyalınmıdır?Sevdalı könlümün soltanı dostum!Gördüyüm röyamı,vüsalınmıdır?Nigaran qəlbimin cananı dostum!Sənmisən başımı oxşayan öylə?Saçımda dolaşanəllərinmidir?Xoş bir nəfəs kimiüzümdə, söylədolaşan dağınıq tellərinmidir?Söylə, bu gördüyümhəzin qaranlıqaxşamdır,zil qara gözlərinmidir?Xəyaldır oxşayan mənibir anlıq,sənin ümid dolu sözlərinmidir?Kim duyardısakit gözəlliyinidənizinfırtına, tufan olmasa?Vüsalın ləzzəti duyulardımıayrılıq olmasa,hicran olmasa?!
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-sorgu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Düxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.
Badi-sabadənƏndüh-bəla artdı gənə qəhri-qəzadən,Qəm-qüssə çəkib ləşkərini gəldi havadən,
DönərVətən deyib ağlayanın,Göz yaşları selə dönər.
NeyləsinOlmasın hicrində bu könlüm pərişan, neyləsin?Etməsin öz canını qurban, neyləsin?