Açılmadı
Bir gün tutqun oldu hava,
səhərdən axşama kimi
ürəyim açılmadı.
Üfüqlər boz:
elə bil ki,
bir bulanıq gölə düşüb günəş.
Hey gözlədim,
göyün qaşqabağı açılmadı.
Sazaqlı bir külək əsdi.
Nərgizlər düymədə qaldı,
bənövşələr açılmadı.
Yağış döydü küçələri.
Hamar asfaltların
qara rəngi açılmadı.
Duman gəldi alçaq yerdən,
işlək yollar açılmadı.
İndoneziya, Baqor
Üstü qoca əli kimi,
damar-damar qapılara
açar saldı neçə insan
biri belə açılmadı.
Söz söylədim,
söz eşitdim,
yenə pünhan – pünhan qaldı,
yenə sirlər açılmadı.
Hindistan, Qucarat
Bir elə gün olaydı ki, deyəydilər:
dünya səssiz, dünya sakit,
planetin heç yerində
bir güllə də açılmadı.
Bir gün ilə, əsrə dönüb uzanaydı...
Bir gün ola,
dünya dolu nemət ola.
Deməyələr
bircə yoxsul süfrəsi də açılmadı.
Bu gün ilə, əsrə dönə
Hamı belə günlərlə öyünə.
Yollarda
Harda isə söndü işıq.
Dost məclisi açılmadı.
Kələflər pırtlaşıq qaldı.
Düyünlər də açılmadı.
Sevgililər görüşmədi,
bir qız bəxti açılmadı.
Birma, Mandalay
Xəyalımda gəzdim bütün bu dünyanı
gəzdim dərdli Hindistanı;
İndoneziya və Birmanı;
İki sətir yazmaq üçün
Bir an başım açılmadı.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-acilmadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,