Mənim küçəm
Hüsü Hacıyev küçəsinəithaf edirəm.
Salam, köhnə tanış!Asfalt örtüyünə,yanı qranit köbəli ağaclarına,geniş səkilərinə salam!
Salxım-salxım süd lampalıdirəklərinə salam!
Nə var, nə yox?Danış!Sən mənibazarı çustumla,cod parçadan kostyumlagörmüşdün.O zaman məngənclik həvəsi ilə dolu başımı,əzələlərimi kürəyimdədiri balıq kimi tərpədən çiynimdəhəvəslə daşıyırdım.Pulsuz-pənəsiz,Vəzifəsiz və nəsizyaşayırdım.İstəyəndə dururdum,istəyəndə yatırdım.Üç il dalbadal çəkib,Öyrəşə bilmədiyim papiros kötüklərinikələ-kötürdaşlarının üstünə atırdım.Yay günləriqara zənci qul kimiyanımdan ayrılmayan kölgəmiçəkib aparırdımbelədən belə.Fit çala-çala,oxuya-oxuya,gülə-gülə.Kənarları əyyaş dişləri kimi tökülmüşsəkilərindəsən tez-tezyalın ayaqlarımdaninsan hərarətini duyurdun.
Duyurdun dərdimi, sevincimimənim də,yüzlərlə mənim təkilərin də.
O zaman,sinənin çala-çuxurundayığılmış qarpız qabığından,meyvə artığından,üzüm cecəyindən,səs eşidib,qara duman kimi qalxanyayın qara milçəyindənaman yox idi.Sənin belə görkəminsındırırdı sevincimi, qürurumu.Etinasız üstünə tüpürənlərdənSanki hayıf alıbgözümə doldurardıntozu, qumu.
Hanı indi o görkəmin,hanı o halın?Yoxsa mən azmışamyollarında xəyalın?Hanı irili-xırdalıtısbağa sürüsü kimisinənə düzülmüşkələ-kötür daş-qənbər?Hanı qış günündə beləkölgəsi yol ortasına çatmayanevlər?Hanı dəngil-düngül törə ağaclarınMəcnun saçlı budaqları?Hanıcındırından cin ürkəntiyanaltı uşaqların?
Sinən hamardır,kölgədə suyuqara ayna kimi parıldayan çaydır sanasan.Hər iki yanındaş evlərdir,hərəsi bir saraydır sanasan.Dik baxırsan papaq düşür,yorularsan pəncərələrini sanasan.
İndi sənküçələr içində adlı-sanlı küçəsən.Neçə qapı açmısanneçə yeni köçə sən.İndi ünvanınayüzlərlə jurnal gəlir, qəzet gəlirölkənin hər yanından.Minlərlə məktub gəlirüstü çeşid-çeşid markalı.Bəzən nişanı olur markalardaAntarktidanın da,Sakit okeanın da...
Mən ömrümün neçə ilinisaat-saat,gün-gün, ay-aydaşlarının üstündə qoyub getmişəm.Mənim köhnə dostum,əziz küçəm.Maşallah, necə böyümüsən!Yekə xiyaban olmusan.Elə bil ki,yeni anadan olmusan.
Vitrinlərindəçiçəklər, köynəklər,elektrik düymələr, ipəklər.
Üstündə salxım-salxım işıq.Biz səninlə həmşəhərik,gündaş, ildaş, vətəndaşıq.
İndi əziz qonaq gəlsə,mən qürurla onusənin nur qoynuna apararam,həm gündüz,həm də axşam.Dayanmışam səkidəbaxıb-baxıb sevinirəm.İstəyirəm nadinc uşaq kimiqaça-qaçao səkidən-bu səkiyə keçəm.
Mənim köhnə dostum,yaxşı küçəm, əziz küçəm!Xatirələr qarışır sevinciməürəyimə bir söz gəlib,qoy soruşum, gəl incimə:O başda bir ağac vardımən hər səhərqulpusınıq fincanımlaona su tökərdim.O da hər yazdörd-beş yerdən yarpaqlardı.Mən, deyəsən, gəncliyimio ağacın kölgəsindəqoyub getdim.Söylə, küçəm, söylə,Onu görmədin ki?Gəl bu sirri mənə aç:Hanı ağac?Hanı ağac?
Küçə dinmədi,sükut etdi,müdrik bir insan kimi.Sanki eşitmədimənim umu-küsümü.Birdən baxdım, qabaqdanbir oğlan, iki qız gəlir,dodaqlarındagəncliyimin təbəssümü...
Bakı, aprel, 1960
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-menim-kucem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey Tuba, baxışın yıxdı aləmi,Xumar gözün yenə qiyamət eylər,
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm