Daş qoyuldu daş üstə.Hər gün qalxdı divar.Pəncərələrdə şəfəqləndi aynalar.Yeni mənzilə köçdü neçə ailə.Pillələr isindi insan ayağıyla.Balaca Xumar da köçdü yeni mənziləkiçik qardaşı Sərdar,atası Muxtar,anası Gülzarla;üstü şəkilli dərs kitabı,ala məstanı,yeddi taxta tumanlı kuklası – Baharla.Köçdülər, vidalaşıb,illərlə sürən intizarla.İlk dəfəküçəyə çıxmaq üçünpillələri qalxmadılar,endilər.Qurumdan, hisdən qorxmadılar,tərtəmiz geyindilər.İlk dəfəyol keçənlərin ayaq kölgəsiəcaib heyvanlar kimioynamadı döşəmələrində.İlk dəfə gördülər tramvayın üstünü,aşağıda şütüyüb gedənoyuncaq kimi maşınları,

uzaq zavodlarınpapiros borularınıvə boruların üstündəağ yaylıq kimiyellənən tüstünü.İlk dəfə yol kənarındakı ağaclargöründü onlara,boz kətan üstünə düşmüş,yaşıl ləkələr kimi.Pəncərədən dənizi gördülər:üstü pul-pul balıq.İlk dəfə qapının zəngi çalındıonlar üçün.İlk dəfə dibçəkdə çiçək əkdilərgündoğana çıxan qoşa balkonlar üçün.Sevinc üç otaq dolusu.İşıq yeddi pəncərə.Xumarla Sərdarpillələri saydılarneçə kərə.İndi, hər gün,ataları işdən gələn vaxt,balkondangeniş asfalt döşəməli küçəyə baxırlar.Ataları gecikəndə hərdən“atamızı çağır!” deyəsabun köpüyünü üfürüb,irili-xırdalışarları havaya buraxırlar.Ancaq balaca Xumarınböyük bir qayğısı var:Hər gün üç dəfə gedə bilmirsinifdaşı Əsmərgilə.Hələ Əsmərgil köçməyibYeni mənzilə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri