Üç iqlimdən gələn səyyahlar və Safonun dodaqları
Biri baxdı, dedi:– Tərifli nəyi var!Kimə xoş gələr bu xırda,bu incə-mincə dodaqlar?O biri baxdı, dedi:– Qalındır dodaqları,həm də qabarıq.Biz belə dodaqlardanzövq almarıq.Üçüncü baxdı Safonun heykəlinə.Dodaqlarından ayıra bilmədi gözlərini.Ayrılıb getmək istədi;taqəti yoxdu,gedə bilmədi.Diz çöküb səcdə etmək istədi;heyranlığından edə bilmədi.Sanki, qapadı gözlərinibütün dünyanın yoxuna-varına,Baxa-baxa qaldıSafonun,şeirlərindən məşhurdodaqlarına.
Afinada, muzeydəbiri “Hava nə soyuqdur”, – deyirdi.O biri “İstidən aman yoxdur”, – deyirdi.Üçüncübaxışlarıyla sanki,heykəl Safonun,dodaqlarını yeyirdi.Və pıçıldayırdı:– Dodaqlar,sizi kim unudar!Dodaqlar, dodaqlar!
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-uc-iqlimden-gelen-seyyahlar-ve-safonun-dodaqlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir nişangahi-fəlakətdir sərasər xakdan,Tiri-cansuzi-bəlayayə nişandır xakiyan.
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
ÇəkibdiCəlili-cabbarım, Qadiri-muxtar,Altı gündə bu dünyanı çəkibdi.
Qəlbimdəki oddan zəmanə – atəşgah!Çox köhnə olar dünya vücudumdan, ah!