Cəbəl – dağ,Tariq – sərkərdə.Bəs nə işim vardı mənimbu sərxoş ləpələrdə?!Dalğa var – naqqa balıq,dalğa var – kit kimi.

Atlantikin ayıq vaxtı yoxdurVahid kimi.Fərqi budur ki, Vahid şairdir,Atlantik – okean.Fikrim uçdu getdi yenə Bakıya.Əzizim, gözüm Bakı!Özün ürəyimdəsən,dilimdə sözün, Bakı!Çox şey bilsəm də tarixdən,yenə heyran uşaq kimi keçirəmCəbəllüttariqdən.Baxıram sərnişinlərə,çoxunun qaçıb bət-bənizi.Keçirəm Tariq boğazınıkürəyimdə Atlantik,qucağımda Aralıq dənizi.Baxıram qəlbim qanaya-qanaya,Sağ yanım dərdli Əlcəzair,sol yanım qolu bağlı İspaniya.Nə ayağım göyərtədə bənd alır,nə çiynimdə başım.Yanağımda duzlu damlalar,dəniz üzünü qoyub üzümə ağlayır,yoxsa dənizə tökülürgöz yaşım?!Okean bir göy nəhəngdirsə,bura onun boğazıdır.Açılıb sol sahildə Cəbəllüttariqinqranit pəncərəsi;deyirsən kim keçsə burdantutub boğasıdır.Qayalar hamar,hər qayada neçə ölüm yuvası.Görünməsə də top lülələri,bilirəm, qul kimi əmrə hazırdıronların gəmicil kölələri.Ancaq qorxulası bir şey yoxdur.

Bir zamanlar bu Tariq boğazımeydan oxuyurdu cahana.İndi bənzəri var daha çoxüst-başı yar-yaraqlıyalançı pəhləvana.Gündə yüz yolbelədən-belə ötürreaktivlərin kölgəsi.Cəbəllüttariqin, sanasan, nitqi batıb,çıxmır səsi.Quma düşmüş əfi kimi mürgüləyir;Britaniyanın qanlı törəməsi;beton köynəkli sahil.Ömrü uzun əsrlik deyil indi.Yaşayar olsa-olsabeş-on qısa il.Tariq vardı, getdi,adı qalıb.Əsrlərlə Britaniya hökm etdiyüz,milyonluq koloniyalara.İndi, ağzında şirin günlərinacı dadı qalıb.Cəbəllüttariq!İnsanların əsəridir tarix.Enişi var, yoxuşu var.Azadlıq yollarında hələ onunçox işi var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri