Ağlama, Şərq, ağlama!Yanğıları göz yaşı söndürməz.Yaraları ovutmaz göz yaşı.Doğra yanıqlı nəğmələrini;bir cərrah kimi doğra:Çıxart onlardankədəri, qəmi, ümidsizliyi;göz yaşını çıxart!Mütilik, laqeydlik qalmasınbir damcı da.Çıxart, yerinə duz bas!İnsanlıq duzu!Bərabərlik duzu!İnam, qürur duzu!Arzu, ümid duzu!Göynəsin nəğmələrin;qəzəblə, üsyanla göynəsin, –döz ağrısına, Şərqim!Ağlama ancaq!Ovcunda sıx qəlbini,eşidən olmasın iniltisini.Dişlərini qıca.Get şimşəkli bahara kimi!Görsünlər ki, məhəbbətinQəzəbinin alovunda isinir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri