Ey Tuba, baxışın yıxdı aləmi
Ey Tuba, baxışın yıxdı aləmi,Xumar gözün yenə qiyamət eylər,Kəbeyi-kuyini görən kimsənəHaşa ki, qibləyə ziyarət eylər.
Qırqı başlı, topğun, tərlan cilvəli,Görməmişəm sən tək nazü qəmzəli,Sərasər yaxası qızıl düyməli,Baxdıqca üzünə fəxarət eylər.
Zahid baxsa zülfi-pərişanına,Tərk edər məscidi, gələr yanına,Sidqi-dildən canın qatar canına,Huriyü qılmana məlamət eylər.
Hər kimsə ki, sənə baxarsa gendən,Bil ki, öyrənibdir o halı məndən,Özgə təvəqqeyim yox əsla səndən,Xəstə Salik sənə zarafət eylər.
Kitabxana.az · https://kitabxana.az/works/salik-ey-tuba-baxisin-yixdi-alemi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Möhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!
Yenə bır mahlıqa şolə salıb bag içrəYenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
QubadırKəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Başqa şairlərin şeirləri
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
YaxşıdırNadan söhbətindən, gəda sözündən,Bir qanan üzümə söysə yaxşıdır.
روی بنما و به پای تو فشانم جان رازلف بگشا که نهم بر سر کفر ایمان را