Yenə bır mahlıqa şolə salıb bag içrə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
Demə, bu bağə yaraşmaz bu kəmalü bu cəmal,Mədəni-zər tapılır, gər arasan, dağ içrə.
Zülfu xab görünür ruyi-səmən üzrə nə xoş,Nə əcəb, türfə düşüb rəngi-qarə ağ içrə.
Yandı canım, bədən içrə şəbi-hicrində bunun,Necə kim şəm yanar hər gecələr yağ içrə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Baxma, Salik, qocalıbsan, gözələ, fikr elə kim,Kim qoyar ruzi-bəhadə aruği çağ içrə.
Kitabxana.az · https://kitabxana.az/works/salik-yene-bir-mahliqa-sole-salib-bag-icre
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Ey şahin cilvəlim, şunqar şivəlimEy şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.
Ey Tuba, baxışın yıxdı aləmiEy Tuba, baxışın yıxdı aləmi,Xumar gözün yenə qiyamət eylər,