Möhnətindən daima halım pərişandır, fələk
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Möhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!
Var isə bir özgə dövramn, onu göstər bizə,Yoxsa ki, yaxşı dolanmaz bu nə dövrandır, fələk?
Bu nə sövdadır edirsən, ona kim razı olub?Verdiyin dərdü bəladır, aldığın candır, fələk!
Sudi yox, nöqsanı çox, bir bibinadır sərmayəsiz,Gər hesab etsən, ziyadə xəlqə nöqsandır, fələk!
Sən dəxi bir etdiyindən etiraz et, etiraz,Cümlə aləm gərdişindon didəgiryandır, fələk!
Sən nə afətsən ki, səndən hiç can bulmaz rəha.Ya gəda, dərvişü ya soltanü ya xandır, fələk!
Məqtə — şairin təxəllüsü olan son beyt. Salikəm, əl çəkmişəm mən böylə sövdadən, yəqinÇox çətin sövda edirsən, sanma asandır, fələk!
Kitabxana.az · https://kitabxana.az/works/salik-mohnetinden-daima-halim-perisandir-felek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Ey şahin cilvəlim, şunqar şivəlimEy şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.
Ey Tuba, baxışın yıxdı aləmiEy Tuba, baxışın yıxdı aləmi,Xumar gözün yenə qiyamət eylər,
Başqa şairlərin şeirləri · Fələk və tale
پیچم بخود چو مار در این تنگنای تاردردا که شد طلسم من این آتشین حصار
Sirlər xəzinəsi, fəsil 51Azadə böyümüşlər cərgəsindən bir uşaqİki-üç həmyaşilə çölə çıxdı kefi çağ.
آنروز که توسن فلک زین کردندآرایش مشتری و پروین کردند
DünyadaQafil dilim, bu nə yoldu tutubsan,Sərf edirsən nə kamaldı dünyada.