Ey ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.Mən ha qınayardım eşqə düşəni,Daxi eşq əhlini karı görmənəm.

Mən gəzdiyim o bir şirin candadır,O da mənim kimi natəvandadır,İtirmişəm heç bilmənəm handadır.Şirin dilli xoşgöftarı görmənəm.

Binəva Salikəm bağrımda zədə,Həq bilir ki, gözüm yoxdur kimsədə,Sözü bizimlədir, qəlbi özgədəOl səbəbdən büqran görmənəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq