Ey sevdiyim, naməhrəmə görünmə,Çək niqabın, gir laçına bir incə.Gecə-gündüz həsrətini çəkməkdən,Dərdim oldu o dağların birincə.

Abı döndü, yaşıl qofta, qara bağ,Seyr eyləsən çox dağlarda qara bax.Üç cülyədə məskən salıb Qarabağ,Biri Xaçın, biri Tərtər, bir İncə.

Xəstə Qasım qulluq eylər damağa,Qulluq eylə, ta yetəsən damağa.Ləbin şəhdi ləzzət verər damağa,Necə röğən16 ləzzət verər birincə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq