Oyandı sünbüllər, səcər gətdi bar,Orda min bəşər var, yeddi sin bilər.Bu yazan ustanın nə xoş xətti var,Yazıbdı mim üstə, yeddi sin bilər.

Sevdicəyim övliyalar vəlidi,Sərrafın dəstində dürdü, ləl idi.Mənim fikrim-zikrim gözəl Əlidi,Ər odur ki, mehdin yeddi sin bilər.

Mən Xəstə Qasımam yeddi sin billəm,Bir aya oxuram, yeddi sin billəm.Bir qafı oxuyaram, yeddi sin billəm,Söz odur yeddinin yeddi sin bilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri