Üzhaüz
Həqiqət bəhrində qəvvasam deyən,Qəvvas isən, gir dəryaya üzhaüz.Aşıq deyər: üzhaüz,Sonam göldə üzhaüz,Qarı düşmən dost olmaz.Yalvararsan üzhaüz.Bir mərd ilə ilqarını vur başa,Namərd ilə kəs ülfəti üzhaüz.
Parçalandı gəmim, qaldı dərində,Qərq oldu ümmana, qaldı dərində.Aşıq deyər: dərində,Dayazında, dərində,Sidqi, qəlbi düz olan,Hərgiz qalmaz dərində.Qismət olsa o mövlanım dərində,Üz döşəyək, səcdə qılaq üzhaüz.
Xəstə Qasım cananına can deyə.Can danışa, can eşidə, can deyə.Aşıq deyər: can deyə.Vəfalıya can deyə,Görmədim hərcayılar,Cananına can deyə.Yox vəfalım, can deyənə can deyə,Bivəfasan, çək əlini üzhaüz.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-uzhauz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəriblikdə qəmxarımsan, əzizim,Yetirərsən bir də dosta naməni.
NecolaAy ağalar, nakam getdim dünyadan,Yarəb, mənim xanımanım necola?
Nə seçsin müştəhid, nə bilsin alimİstərəm mən bir söz bünyad eyliyəm,Şahım, sana məlum olsun kamalım.
Lam-ləng olaMərifət bəhrində, ədəb-ərkanda,Bir igid istərəm lam-ləng ola.
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Qoyma gələ, saqiya, zahidi meyxanəyəQoyma gələ, saqiya, zahidi meyxanəyə,Dönməyə meyxanəmiz məscidi-viranəyə
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,