Sənə
Hər yerdə,hər zaman,aradım səni,ömrümün baxtını arayan kimi.Nə yazıq!Amansız hicran tikanıqanatdıeşqinlə çırpınan qəlbi.Üfüq sapsarı,acı köpüklər örtdügöy suları.Yavaş-yavaş söndü Günəşalov dillərini qaldırdı yenəsinəmdə yatanhəsrət –amansız atəş.Həzin bir axşamdayandı qarşımdayollar yarılanmadan.Bir günüm keçməyir səni anmadan.Ömrümün neçə yarpağıbudağından qopubsovruldu ruzgara!Mənzil hara!Möhlət hara!Gör nə qədərgün tökülüb yollara?!Gör nə qədər qalıb hələilk bahara!Səneşqimə güldüniçin-için.Anlat mənə,bəs neçinaxşam qonunca pəncərəmə,könlüm yenə səni,ilk eşqimin qatilini xatırladı?Hər nəğmədən zil qalxdıqırılmış məhəbbətin fəryadı.Gözlərimdə ümid, həsrət,neçə kərə, neçə kərəgileyimi söylədim axşamlara,danışdım göy gecələrə.Ağır-ağır keçdi buludlarbəlkə yanıqlı dastanımıbahara söyləmək üçün?Mən həsrətində yandımnecə ki, cadar-cadar torpaqhəsrət çəkərbir damcı su,bir əlvan çiçək üçün.Bir damcı salmadankeçdi buludlar.Mən yenəgözləməkdən yorulmadım.Qovruldum yana-yana,dözdüm hicrana,lakin solmadım.Bir damcı salmadan keçdidöşü dolu buludlar.Mən inadımda varam.Yeddi dağ ardında gizlənsənyenə arayıb səni taparam.Bütün dünyaya baxsam illər boyu,yenə gözündə gözüm var.Yüz il danışsam yenə,sənə deməyə sözüm var.Qoy ayrılıq tikanilə bəzənməsinson qərar!Qoy xəzan yarpaqları kimitökülməsinümidlər, arzular!
Sənümid verə bilməsən dəhəyat namına,aldanmaq üçün yol göstərkönlümün istəklərinə,şerimin ilhamına.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-sene
← → düymələri ilə keçid, R — təsadüfi şeir