Ata olanda bildimövlad nədir:yaş deyil ki, yeri?Yatanda, gözünə işıq düşmür ki?Niyə soyuqdur əlləri?Görəsən, gecələr üşümür ki?Bu qayğı, bu nigaranlıqata olandan sonramənə tanış oldu.

Külək-külək,isti-isti,soyuq-soyuq,yağış-yağış oldu.Mən ana məhəbbətindən doymamışam, –əgər doymaq mümkünsə.Anam məhəbbətini yüz yerə böldüvaxtını,qayğısını,gözünün işığını,ürəyinin taqətinibir insan gücündənqat-qat çox olan işinibölən kimi.Yaddaşımın cığırına düşübgedirəm bu günlərdən dünənlərə.Yeqin hər şey belə qəribə gəlir,riqqətli gəlirillərdən sonra,yenidən doğma yurduna dönənlərə.

Sözlərini xatırlayıram, ana!“Soyuqdur.Qayıt pencəyini gey!”Öz-özümə təəccüblə deyirdim:Soyuq hanı?O zaman bilmirdim,şaxta, sazaq deyil,nigaranlıq üşüdür ananı.– Bəlkə bulud gəldi göyə, – deyirdin.Bəlkə gec qayıtdın evə,Bəlkə yağış yağdı,su keçdi ayaqlarına,Səhərdən günortayanecə qalacaqsan məktəbdəac qarına!Bir dayan, qulaq as!Bütün bu suallara,bu nigaranlığabir cavab verərdim:– Heç nə olmaz!Gecənin bir vaxtıüzümdə bir nəfəs duyardım.Sən idin əyilib,nəfəsimi yoxlayan.“Qızdırması yoxdur ki!”Nə biləydim ki,mən beşikdə yatanda,yuxuda qovlayandaqanadları əlvan kəpənəkləri,gecəyarısən,“Dağda darılar,Sünbülü sarılar” deyəmənə qurban verirdinqoca qarıları.Tez-tez könlümə laylan düşür,könlümə nağılın düşür.Elə düşür ki,göynəyinə dözə bilmirəm.İstəyirəm qaça-qaçaQayıdam uşaqlıq günlərinə.Bir-bir atam yollaraşöhrəti, adı, imtiyazı –nəyim var;kitab, dövlət, yazı.Dənizə həsrət,bürküdən təng adampaltarını soyunubdalğaların qoynuna atılan kimi,atılam çılın-çılpaq,uzaq günlərin axınına.Körpə quşlar özünü günəşə verən kimio günlərin xoşluğuna verəm qəlbimi.

Yaşım altmışa yaxın.Qəlbimdə, beynimdə illərin yükü.Oturmuşam otağımda.Xəyalım illərinuzaq-uzaqlığından qayıdıb;yorğun-arğın.Məni, düşmən qoşunu kimiaralığa alıbdilsiz divarları otağın.Səsim çatmır, ünüm yetmir deyəm:– Ana! Ana!Bir cırtdan nağılı danışsana!İlləri arxada qoydum,yol dirəkləri kimi.Bir zaman,su altında kim çox qalar deyəyoxlayırdım qəlbimi;ağır-ağır əllini,yeyin-yeyin yüzü sayınca.İndi,Nazik büllur vaz kimiqorxa-qorxa gəzdirirəm onu,Sakit ola bilmirəmo, sakit olmayınca.Səsim çatmır, ünüm yetmir deyəm:– Ana! Ana!Bir cırtdan nağılı danışsana!Ayağına tikan necə batdı.Görəsən, onun ayağı da,TikandanMənim ürəyim kimi ağrıyırdımı?Nənəsi tikanı çıxardıatdı təndirə!Ürəyin ağrısını daçıxarıb atmaq olarmıtikan çıxaran kimi?Əgər olarsa, ana!And içirəm südünəmən qayıtmaram üstünə“ağrımı geri ver!” deyə.Neyləyim,səsim çatmır, ünüm yetmir deyəm:– Ana! Ana!Bir cırtdan nağılı danışsana!Cırtdan necə gah o kola,gah bu kola düşdü?Cırtdan necə üşümüşdü?Ayağında tikannecə gəldi cırtdan?Sonra çörəyi götürdü, qaçdı!Eləmi?Yoxsa illər silib yaddaşımdannağılını Cırtdanın.Bəlkə bu çörək əhvalatıaclıq illərindən qalıbyadımda yadigar.Axı ömrün nə qədərcirə çörəkli,səksəkə ürəkligünləri var.Bəlkə südə qığ doğrayanmotal papaqlı çoban,o da mənim fantaziyamdan doğub.Səsim çatmır, ünüm yetmir deyəm:– Ana! Ana!And içirəm südünəmən, qayıtmaram çobanın üstünə.Demərəm çörəyimi qaytar!Nə qoyun verib, gəlin alaram,nə gəlin verib, saz.Nə nəğmə qoşar,nə saz çalaram.

Apar mənicırtdan nağılının dünyasına!Nə xəstələnərəm,nə qocalaram.İndi nəvəmə danışıram:Biri vardı, biri yoxdu!O tez kəsir sözümü.Niyə yoxdu, niyə? –deyə-deyə.Bir gün danışacaq o danəvəsinəbu qocalmayan,bu ölməyən,Cırtdan nağılını.Neyləyim!Səsim çatmır, ünüm yetmir deyəm:– Ana! Ana!öyrətsənə mənə,necə gedimillərin axarı tərsinə!Ayağına tikan batmışCırtdanın ölkəsinə.

İldə bir ay məzuniyyətim var.Nə dincəlməyə,nə əylənməyəgetmək istəyirəm,nə yaylağa.Bircə dəfə gedə bilsəydimCırtdan nağılına.Bu mümkün deyilsə, ana!Nağılı çağır gəlsin bizə;alçaq eyvanlıçiy kərpic divarlı,yeddilik lampalı evimizə.Mən də gəlim, sən də.Sən otuz beş yaşında,mən səkkiz.Sən danış, mən qulaq asımCırtdan nağılına;radiosuz,nigaran xəbərliVyetnamsız,raketsiz.

Dekabr – yanvar, 1966–1967

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri