Vətən dedim
Xəfif yeldən titrəyənyarpağına Vətən dedim.Yanıq, quru,göy kəklikli,boz qumrulutorpağına Vətən dedim.Dağlarının köpük dumanduvağına Vətən dedim.Tarixininyaxınına,uzağınaVətən dedim.Bağlarınınyasəmənli budağınaVətən dedim.Gənclərininnəğmə-nəğmə dodağınaVətən dedim.Ürək kimigecə-gündüz hərəkətliiş və hünər meydanınaVətən dedim.Bu gününə, dövranınaVətən dedim.
Dalğalananal şəfəqli bayrağına,tənha, ucqar bir daxmadayanan nurlu çırağınaVətən dedim.Köhnə, yeniqara qızıl yatağına,ildən-ilə şöhrətlənənağ qızılın sorağınaVətən dedim.Büllur, sərin bulağına,İnsan yurdu – ocağına,tunc zəfərli keçmişinə,gəlhagəlli bu çağına,isti, əziz qucağınaVətən dedim.Mən Vətənin qoynundayam.Vətən adlı bir torpağınborcu hər an boynumdadır.Qeyrətini çəkmişəm də,çəkirəm də.Torpağını əkmişəm də,əkirəm də.Yollarında – yüksəlişdəpuçur-puçur alın təritökmüşəm də,tökürəm də.Mən Vətənin qoynundayam,Vətən mənim qoynumdadır.Həm qeyrəti,həm qayğısı,həm şöhrəti –böyük borcuboynumdadır!Boynumdadır!
avqust, 1980
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-veten-dedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir